;

Xidmətlər

Biz Sizə göstərilən hüquqi xidmətlərin siyahısını təqdim edirik:

  • Kommersiya və qeyri-kommersiya təşkilatlarının yaradılması, yenidən təşkili və ləğv edilməsi üzrə hüquqi yardımların göstərilməsi:
  • Sifarişçiyə Azərbaycan Respublikasında biznes işinin daha uğurlu şəkildə aparılması məqsədilə hüquqi şəxsin optimal seçimi üzrə məsləhətlərin verilməsi;
  • Sifarişçinin tələb və maraqlarına uyğun gələn formada yaradılacaq hüquqi şəxsin sənədləri paketinin hazırlanması;
  • Daşınmaz əmlakın alqı-satqı əməliyyatlarının hüquqi tənzimlənməsi;
  • Hüquqi şəxslərin filial, təşkilat və nümayəndəliklərin dövlət qeydiyyatı idarələrində qeydiyyatdan keçirilməsi;
  • Təsisçilərin tərkibinin, Nizamnamə Kapitalının məbləğinin və idarəetmə strukturunun dəyişdirilməsi ilə əlaqədar olaraq təsis sənədlərinə və digər lazımi sənədlərə dəyişikliklərin (yeni düzəlişlərin) hazırlanması. Təsis sənədlərinə edilən dəyişikliklərin dövlət orqanlarında qeydiyyatdan keçirilməsi;
  • İştirakçıların (Səhmdarların), Direktorlar Şurasının və s. ümumi yığıncağının hazırlanmasına və keçirilməsinə yardım;
  • Hüquqi şəxslərin yenidən təşkili və ləğv edilməsi üzrə təşkilati tədbirlər barədə məsləhətlər və onların həyata keçirilməsi;
  • İflas məsələləri üzrə məsləhətlər;
  • Şirkətin, yaxud Şirkətin Nizamnamə Kapitalındakı payların alqı-satqısı, yaxud digər üsullarla güzəşt edilməsi üzrə sənədlərin hazırlanması;
  • Təşkilatların Nizamnamə Kapitalındakı payların fiziki şəxslərin varislərinə və hüquqi şəxslərə həvalə edilməsi üzrə sənədlərin hazırlanması;
  • Hüquqi şəxslərin yaradılması, yenidən təşkili və ləğv edilməsi ilə əlaqədar bütün məsələlər üzrə müxtəlif sərfəli məsləhətlərin verilməsi;
  • Hazır biznesin alqı-satqısı (sahibkarların yoxlanılması, işinin təşkili, mülkiyyət hüququnun verilməsi üzrə sənədlərin hazırlanması və qeydiyyatı); Mülki-hüquqi müqavilələrin tərtib edilməsi
  • Sifarişçinin maraqlarına maksimum uyğun gələn mülki-hüquqi müqavilələrin bütün növlərinin tərtib edilməsi;
  • Müqavilə layihələrinin hüquqi ekspertizadan keçirilməsi;
  • Müqavilələrin imzalanmasında iştirak və bu müqavilələrin icra edilməsinə nəzarətin həyata keçirilməsi (danışıqlar hüquqşünas tərəfindən birbaşa Azərbaycan, ingilis, rus və türk dillərində aparıla bilər);
  • Nikah müqavilələrinin hazırlanması və bağlanması;
  • Yuxarıdakı istiqamət üzrə digər sərfəli təklif və məsləhətlərin verilməsi. Korporativ maliyyələşdirmə və idarəetmə sahəsində hüquqi yardımlar:
  • Korporativ maliyyələşdirmə və idarəetmə sahəsində məsləhətlərin verilməsi;
  • Holdinq şirkətlərinin yaradılması. Holdinq şirkətlərinin strukturunun, idarəetmə sisteminin və şirkətdaxili maliyyələşdirmə sxeminin işlənməsi;
  • Ticarət-maliyyə strukturlarının qovuşması üzrə təşkilati tədbirlər haqqında məsləhətlərin verilməsi və onların həyata keçirilməsi;
  • Büdcə və qeyri-büdcə fondlarına ödənişlərin təkrar yerləşdirilməsinin icrası;
  • Yeni satış kanallarının təşkil edilməsi;
  • Azərbaycan şirkətləri ilə xarici iqtisadi fəaliyyətin optimal sxeminin yaradılması.
  • İnvestisiya-bank sahəsində hüquqi yardımların göstərilməsi:
  • Azərbaycan şirkətlərinin xaric kreditorlar qarşısında borcların təkrar strukturlaşdırılmasının həyata keçirilməsi;
  • Maliyyə cəhətdən qeyri-sabit təşkilatların idarə edilməsi ilə bağlı yardımın göstərilməsi. Xarici idarəetmə planlarının hazırlanması;
  • Qisamüddətli və ortamüddətli maliyyə proqramlarının hazırlanması, onların həyata keçirilməsi və lazımi maliyyə sənədlərinin işlənməsi;
  • Cari maliyyə-təsərrüfat fəaliyyətinin planlaşdırılması üzrə işlərin qaydaya salınması;
  • Kredit strukturlarının yardımı ilə Azərbaycan şirkətlərinin maliyyələşdirməsi üzrə əməliyyatların hazırlanması və həyata keçirilməsi;
  • Bank maliyyələşdirilməsini cəlb etməklə (xarici investisiya strukturları ilə birlikdə) proqramların həyata keçirilməsi;
  • Müxtəlif beynəlxalq və milli təşkilatların maliyyə yardımı təyinatı üzrə istifadə olunmasına hüquqi nəzarətin həyata keçirilməsi; pozuntu halları aşkar edildikdə, onların aradan qaldırılması üzrə təkliflərin verilməsi;
  • Yuxarıda göstərilən fəaliyyət istiqaməti üzrə hüquqi məsləhətlərin və müxtəlif sərfəli təkliflərin verilməsi. Təşkilatın kadr-uçot işləri sahəsində hüquqi yardımların göstərilməsi:
  • İstənilən təşkilati hüquqi formaya malik olan hüquqi şəxslər üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və digər normativ –hüquqi aktlara uyğun olaraq kadr-uçot sənədlərinin hazırlanması;
  • Təşkilatın kadr-uçot işlərinin aparılması qaydası haqqında hüquqi məsləhətlərin verilməsi;
  • Əmək və kollektiv müqavilələrinin tərtib edilməsi, onların imzalanmasında iştirak;
  • İşçilərin işə qəbul edilməsi və işdən çıxarılması üzrə sənədlərin hazırlanması, əmək intizamı, təhlükəsizlik qaydaları və s. haqqında sənədlərin tərtib edilməsi. Hüquqların məhkəmədə müdafiə edilməsi üzrə yardımların göstərilməsi:
  • Sifarişçiyə vurulan zərər və ziyanın məhkəmə qaydasında kompensasiyası;
  • Təşkilatların kreditor borclarının meydana gəlmə səbəblərinin aradan qaldırılması üzrə kompleks tədbirlər planının hazırlanması və həyata keçirilməsi;

Qiymətlər

Azərbaycan Respublikasının ümumi və digər məhkəmələrində hər hansı mübahisəyə baxılarkən Sifarişçinin hüquqlarının müdafiə edilməsi. Göstərilən yardıma görə qiymət işin mürəkkəbliyindən, həcmindən, işlə məşğul əməkdaşın səviyyəsindən asılı olaraq müəyyən olunacaqdır. Kiçik problemlərinizi mürəkkəbləşdirmədən bizə müraciət edin, onların həllini münasib qiymətə bizə etibar edin!